Narkotikin təsirində maşın sürdü, cərimələndi
16 fevral 2024 15:40 (UTC +04:00)

Narkotikin təsirində maşın sürdü, cərimələndi

0

Şamaxıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü barəsində tədbir görülüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, “VAZ-2106” markalı avtomobilin sürücüsü, paytaxt sakini İlham Ağamirov yol polisi əməkdaşı tərəfindən nəzarət qaydasında saxlanılıb. Sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuanadan istifadə etdiyi sübuta yetirilib.

İ.Ağamirov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə onun barəsində 600 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4162

Oxşar yazılar