Suraxanı rayon Polis İdarəsi 33-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Beyləqan rayon sakini 27 yaşlı Əli Abbasov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olan heroin aşkar edilib. Əlavə olaraq həmin şəxsdən Suraxanı rayonu ərazisində yerləşən qarajda gizlətdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat silah da aşkar edilərək götürülüb.
Ə. Abbasov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı 33-cü Polis Bölməsində araşdırmalar davam etdirilir.