Bakıda sex qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, martın 7-də rayon ərazisində yerləşən mərmər sexindən 2000 manat dəyərində naqil oğurlanıb.
Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə axtarışda olan Sumqayıt şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş R.Məhərrəmov saxlanılıb.
Araşdırma aparılır.