Narkotik satan  polis saxlanıldı
14 sentyabr 2024 10:42 (UTC +04:00)

Narkotik satan polis saxlanıldı

Rusiyanın Moskva şəhərində narkotiklərin satışında şübhəli bilinən polis əməkdaş saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, ondan 20-dən çox narkotik bağlaması tapılaraq, götürülüb.

34 yaşlı polis saxlanılarkən cibindən içərisində qadağan olunmuş maddələr olan bağlama düşüb. Avtomobilinə baxış zamanı isə daha 20 belə bağlama aşkar edilib. Bağlamalarda amfetamin və mefedron olub.

Onun barəsində narkotik vasitələrin, psixotrop maddələrin və ya onların analoqlarının qanunsuz satışına cəhd maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627
avatar

Oxşar yazılar