Narkotik satan polis kapitanı  saxlanıldı
30 avqust 2024 18:43 (UTC +04:00)

Narkotik satan polis kapitanı saxlanıldı

Rusiyanın Moskva şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən polis kapitanı saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Tverskaya rayon Daxili İşlər İdarəsinin 39 yaşlı müstəntiqi Kokoşkino kəndində dostuna 0,8 qram həşiş satmaqda təqsirli bilinib.

Onun mənzilinə baxış zamanı daha 21,9 qram eyni maddə götürülüb. Şübhəli saxlanılıb.

Onun analıq məzuniyyətində olduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, kapitanın günahı sübuta yetirilərsə, o, işdən uzaqlaşdırılacaq və onun bilavasitə rəhbərləri isə intizam məsuliyyətinə cəlb olunacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1911
avatar

Oxşar yazılar