Narkotik çəkən evakuator sürücüsü həbs olundu
31 avqust 2024 10:32 (UTC +04:00)

Narkotik çəkən evakuator sürücüsü həbs olundu

Baş Dövlət Yol Polisi İdarəsinin Yevlax rayonu ərazisində yerləşən stasionar postunda yükdaşıma qaydalarını pozan “İsuzi” markalı evakuator sürücüsü saxlanılıb.

İdarədən Lent.az-a verilən xəbərə görə, sənədlərin yoxlanılması zamanı avtomobili idarə edən paytaxt sakini Nadir Həsənovun hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib.

Müayinə və araşdırma zamanı N.Həsənovun avtomobili narkotik vasitənin təsiri altında sərxoş vəziyyətdə idarə etməsi, habelə eyni əməli il ərzində təkrar törətməsi müəyyən olunub. N.Həsənov barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə o, sürücülük hüququ iki il müddətə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 846
avatar

Oxşar yazılar