Bakıda oğurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, noyabrın 15-nə keçən gecə Nardaran qəsəbəsi ərazisində bir evin həyətindən 5000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanıb.
Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Bakı şəhər sakini M.Qasımov və Qazax rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş A.Yolçuyev saxlanılıblar.
Araşdırma aparılır.