Müalicə müəssisəsində cəza çəkən məhkumdan silah götürüldü
25 sentyabr 2021 12:49 (UTC +04:00)

Müalicə müəssisəsində cəza çəkən məhkumdan silah götürüldü

Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə əməliyyatları davam etdirilir.

Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis idarəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Müalicə Müəssisəsində cəza çəkən məhkum Vüqar Yaşar oğlu Quliyevin yaşadığı Maştağa qəsəbəsində yerləşən boş torpaq sahəsində basdıraraq gizlətdiyi bir ədəd “VALTRO mod85 COMBAT” model tapança, lüləyi və qundağı kəsilmiş bir ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1405

Oxşar yazılar