Motosikletlə toqquşan taksi binaya girdi-FOTO
06 fevral 2023 00:03 (UTC +04:00)

Motosikletlə toqquşan taksi binaya girdi-FOTO

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Vaqif və Xan Şuşinski küçələrinin kəsişməsində qeydə alınıb.

Taksi fəaliyyəti ilə məşğul olan “Hyundai” markalı avtomobilin sürücüsü Xan Şuşinski küçəsi ilə hərəkətdə olan zaman Vaqif prospektindən çıxan motosikletlə toqquşub. Nəticədə maşın yüksək sürətlə binaya çırpılıb.

Qəza zamanı hər 2 nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb.
 

# 1746
avatar

Oxşar yazılar