Motosikletçi ağır sınıq xəsarəti ilə xəstəxanaya yerləşdirildi - QƏZA
10 noyabr 2021 21:50 (UTC +04:00)

Motosikletçi ağır sınıq xəsarəti ilə xəstəxanaya yerləşdirildi - QƏZA

0

Salyan rayonunda motosiklet qəza törədib. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. 

Kərimbəyli kənd sakini, 1971-ci il təvəllüdlü Zayidov Sadiq Firudin oğlu idarə etdiyi motosikleti dirəyə çırpıb. Nəticədə motosikletçi ağır sınıq xəsarəti ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1513

Oxşar yazılar