Motosiklet piyadanı vuraraq öldürdü 
16 sentyabr 2021 08:38 (UTC +04:00)

Motosiklet piyadanı vuraraq öldürdü 

0

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Heydər Əliyev prospektində şəhər sakini, 1962-ci il təvəllüdlü İradə Əhmədova hərəkətdə olan, 1996-cı il təvəllüdlü Fərid Həsənlinin idarə etdiyi "Yamaha" markalı motosiklet tərəfindən vurulub.

Nəticədə ağır dərəcəli bədən xəsarəti alan piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1537

Oxşar yazılar