Moskvadan  Gəncəyə uçan   təyyarə Volqoqrada endi – SƏBƏB
28 oktyabr 2023 20:32 (UTC +04:00)

Moskvadan Gəncəyə uçan təyyarə Volqoqrada endi – SƏBƏB

0

Oktyabrın 28-də Moskvadan Gəncəyə uçan Rusiyanın "Aerflotşirkətinə məxsus “Boeing 737” tipli təyyarə Volqoqrad hava limanına məcburi eniş edib. 

Lent.az APA-ya istinadla xəbər verir ki, təyyarənin məcburi eniş etməsinə səbəb sərnişinlərdən birinin huşunu itirməsi olub.

Hadisə saat 13:55-də baş verib. Volqoqrad vilayətinin Təcili Yardım Xidmətininh həkimlərinin  sözlərinə görə, 29 yaşlı sərnişin uçuş zamanı huşunu itirib. 

Təyyarə eniş etməmiş təcili yardım briqadası hava limanına çatıb. Həmin şəxsə dərhal təyyarənin salonunda tibbi yardım göstərilib. Xəstə daha sonra Volqoqraddakı 25 saylı xəstəxanaya yerləşdirilib. Müayinədən sonra o, ambulator müalicəyə göndərilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4808

Oxşar yazılar