Moskva şəhər Məhkəməsi 3 azərbaycanlıya hökm çıxarılıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, onlar uşaqlarının gözü önündə iki yerli sakini döyməkdə günahkar bilinirlər.
Hökmə əsasən 20 yaşlı Araz Musayev 3,5, 21 yaşlı Fərman Həsənov 4, 22 yaşlı Elcan Həsənov 3 il müddətində azadlıqdan məhrum ediliblər.
Onlar cəzalarını ümumi rejimli həbsxanada çəkəcəklər.