Moskvanın Lyüblin Rayon Məhkəməsi 2020-ci ildə paytaxtda ermənilərlə toqquşmada iştirak edən azərbaycanlılara qarşı hökm çıxarıb.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, məhkəmə toqquşmada iştirak edən 5 həmyerlimizi (E.Ələkbərov, B.Vəliyev, P.Həmidov, T.İsmayılov, A.Qafarov) 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib, daha iki nəfər şərti cəza alıb.
Onlar ümumi rejimli həbsxanada cəza çəkəcəklər.