Mingəçevirdə 4 yaşlı uşaq müəmmalı şəkildə öldü
16 avqust 2021 15:30 (UTC +04:00)

Mingəçevirdə 4 yaşlı uşaq müəmmalı şəkildə öldü

Mingəçevirdə 4 yaşlı qız xəstəxanada ölüb.

Mingəçevir şəhər prokurorluğundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 16-da şəhər sakini 2017-ci il təvəllüdlü Mehdiyeva Ruqiyyə Orxan qızının nəfəs çatışmazlığı nəticəsində Mingəçevir şəhər xəstəxanasında ölməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı mərhumun bədəni üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Ruqiyyə Mehdiyevanın ölümünün səbəbini dəqiqləşdirmək məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib.

Qeyd olunub ki, araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2107

Oxşar yazılar

Gəncədə piyadanı maşın vurdu

Gəncədə piyadanı maşın vurdu

6 iyul 2025 , 22:44
Ucarda qəza-Xəsarət alanlar var  -FOTO

Ucarda qəza-Xəsarət alanlar var -FOTO

6 iyul 2025 , 18:49
Şərurun kəndlərinə sel gəldi-VİDEO

Şərurun kəndlərinə sel gəldi-VİDEO

6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO

Bulvarda batan qadın belə xilas edildi-VİDEO

6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var   - YENİLƏNİB

Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB

6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü

Qazaxda avtomobil aşdı - Şəhid atası öldü

6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı

Laçında yük maşını dərəyə aşdı

6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3

Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3

6 iyul 2025 , 08:54