Millimizin futbolçusunun ölkədən çıxışına QADAĞA
24 noyabr 2023 16:25 (UTC +04:00)

Millimizin futbolçusunun ölkədən çıxışına QADAĞA

Mini futbol üzrə Azərbaycan millisinin üzvü məhkəməyə verilib.

Lent.az xəbər verir ki, futbolçu Təmkin Xəlilzadə barəsində Dövlət Vergi Xidmətinin Bakı şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi məhkəməyə şikayət edib.

Belə ki, T. Xəlilzadənin fərdi sahibkar kimi dövlət büdcəsinə vergi borcu yaranıb. Adı çəkilən baş idarə isə həmin verginin qaytarılması üçün Bakı Kommersiya Məhkəməsinə üz tutaraq iddia qaldırıb.

İddiada futbolçunun ölkədən çıxışına qadağa qoyulması məhkəmədən xahiş edilib.

Qeyd edək ki, Təmkin Xəlilzadə əvvəllər futbol üzrə Azərbaycan yığma komandasının heyətində oynayıb. Həmçinin "Azal", "Qəbələ" və "Sabah" klublarının formasını geyinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4512
avatar

Mehman Nəbiyev

Oxşar yazılar