Mikroavtobus aşdı: yaralılar var...
11 sentyabr 2021 09:26 (UTC +04:00)

Mikroavtobus aşdı: yaralılar var...

 

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" kiçik tutumlu sərnişin mikroavtobusu idarəetməni itirib. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

# 1413
avatar

Oxşar yazılar