Moskva metrosunda peşəkar ağlayan qadınlar tutulub.
Lent.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, beş qadın gözlərinə xüsusi kremlər sürtərək gözlərindən yaş axıdıb, sonra dilənərkən polisin diqqətini çəkib.
Dələduzların “işinə” nəzarət edən iki kişi də yaxalanıb.
Qadınlar bir gün metro stansiyalarının içərisində 20-dən çox insandan müxtəlif bəhanələrlə çoxlu miqdarda pul qoparıblar. Onlar insanları öz göz yaşları ilə manipulyasiya edib, mərhəmət hissi oyandırıblar.