Mərkəzi Xəstəxanada saxta COVID pasportuna görə cinayət işi açıldı
07 sentyabr 2021 10:25 (UTC +04:00)

Mərkəzi Xəstəxanada saxta COVID pasportuna görə cinayət işi açıldı

Göygöl rayon Mərkəzi Xəstəxanasında saxta COVID-19 pasportu verilməsi halları aşkarlanıb.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, “Göygöl Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin Ailə Sağlamlıq Mərkəzində bəzi şəxslərə “COVİD-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

Aparılmış araşdırmalarla həmin tibb mərkəzinin böyük tibb bacısı Ülviyyə Quliyevanın xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə edərək bir neçə şəxsin COVİD-19 əleyhinə peyvənd olunmadıqları halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlər tərtib edərək həmin məlumatları elektron məlumat bazasına yerləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2199

Oxşar yazılar

Mayamidə azərbaycanlı  suda boğulub öldü

Mayamidə azərbaycanlı suda boğulub öldü

21 may 2025 , 10:49
Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

21 may 2025 , 10:42
Bakıda qadını zorla qaçırdılar:  həbs edilən var -VİDEO

Bakıda qadını zorla qaçırdılar: həbs edilən var -VİDEO

21 may 2025 , 10:14
Mingəçevirdə evdən meyit tapıldı

Mingəçevirdə evdən meyit tapıldı

21 may 2025 , 10:14
Kartlardan 7 min manatdan  çox pul oğurlandı

Kartlardan 7 min manatdan çox pul oğurlandı

21 may 2025 , 10:05
Sabirabadda körpə ölü doğuldu

Sabirabadda körpə ölü doğuldu

21 may 2025 , 09:58
Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

21 may 2025 , 09:52
Gəncədə avtomobil piyadanı vurub öldürdü

Gəncədə avtomobil piyadanı vurub öldürdü

21 may 2025 , 00:42