Mərkəzi Xəstəxanada saxta COVID pasportu  CİNAYƏTİ
10 sentyabr 2021 15:55 (UTC +04:00)

Mərkəzi Xəstəxanada saxta COVID pasportu CİNAYƏTİ

Goranboy rayon Mərkəzi Xəstəxanasında avqustun 24-də koronavirus xəstəliyi əleyhinə aparılmış peyvəndləmə prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı Goranboy rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində tibb qeydiyyatçıları Gülşad Əliyeva və Ayşən Qəhrəmanovanın peyvəndləmə keçirilməsi ilə bağlı onlara həvalə edilmiş qulluq səlahiyyətlərindən istifadə etməklə tamah niyyəti ilə “e-təbib” informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3521

Oxşar yazılar

Həbsxanaya yağ qutusunda  narkotik gətirdilər

Həbsxanaya yağ qutusunda narkotik gətirdilər

21 may 2025 , 11:08
Mayamidə azərbaycanlı  suda boğulub öldü

Mayamidə azərbaycanlı suda boğulub öldü

21 may 2025 , 10:49
Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

21 may 2025 , 10:42
Bakıda qadını zorla qaçırdılar:  həbs edilən var -VİDEO

Bakıda qadını zorla qaçırdılar: həbs edilən var -VİDEO

21 may 2025 , 10:14
Mingəçevirdə evdən meyit tapıldı

Mingəçevirdə evdən meyit tapıldı

21 may 2025 , 10:14
Kartlardan 7 min manatdan  çox pul oğurlandı

Kartlardan 7 min manatdan çox pul oğurlandı

21 may 2025 , 10:05
Sabirabadda körpə ölü doğuldu

Sabirabadda körpə ölü doğuldu

21 may 2025 , 09:58
Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

21 may 2025 , 09:52