Ağaclıq yanğın
17 sentyabr 2021 17:57 (UTC +04:00)

Ağaclıq yanğın

Mərkəzi Nəbatat bağında YANĞIN -YENİLƏNİB

Mərkəzi Nəbatat Bağında yanğın olub.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhərinin Səbail rayonunda Mərkəzi Nəbatat Bağının ərazisində təqribən 1 ha sahədə quru ot yanıb. Bağın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat: 17:43

Bakı şəhərinin Səbail rayonunda ağaclıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində söndürülüb. 

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

***

Saat: 15:29

Bakıda ağaclıq ərazidə yanğın başlayıb.

Lent.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

# 3189
avatar

Mehman Nəbiyev

Oxşar yazılar