“Mercedes” yol kənarında duran qadını vurub ÖLDÜRDÜ
23 iyul 2022 13:40 (UTC +04:00)

“Mercedes” yol kənarında duran qadını vurub ÖLDÜRDÜ

Bərdədə avtomobil piyadanı vurub. 

DİN-dən Lent.az-a verilən məlumata görə, iyulun 22-də saat 23 radələrində Bərdə rayonunun Cəyirli kəndi ərazisində rayon sakini R.İsmayılzadə idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yolun kənarında dayanmış 30-35 yaşlı qadını vurub.

Nəticədə xəstəxanaya aparılan qadın orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

# 2004
avatar

Aytəkin Cəlali

Oxşar yazılar