Mənzilindən 360 min rubl və qızıl oğurlandı: Qohumu saxlanıldı
25 sentyabr 2021 17:00 (UTC +04:00)

Mənzilindən 360 min rubl və qızıl oğurlandı: Qohumu saxlanıldı

Şəkidə mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şəki Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-nə keçən gecə Kiş kəndindəki evlərin birindən 360 000 rubl (təxminən 8 500 manat – red.) pul və 1 840 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən kənd sakini, ev sahibinin qohumu olan Q.Rəsulov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb/

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1265

Oxşar yazılar