Mingəçevirdə mənzildən meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin N.Nərimanov küçəsində yerləşən mənzillərdən birində qeydə alınıb. Burada yaşayan 65 yaşlı Pərvanə Hüseynovanın meyiti aşkarlanıb.
Məlumata görə, o, qaraciyər serrozundan əziyyət çəkib. P. Hüseynovanın ürək çatışmazlığından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.