Fuad Zeynalov
07 yanvar 2025 18:45 (UTC +04:00)

Fuad Zeynalov

"Mən Ramal Aslanovun həbsini tələb edirəm" - Döyülən DSX mayoru LENT.AZ-a DANIŞDI

"Mən əsas Ramal Aslanovun tutulmasını istəyirəm, çünki mənimlə düşmənçilik edən odur".

Bunu "Lent.az-a açıqlamasında idmançıların hücumuna məruz qalan DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalov deyib.

Fuad Zeynalov bildirib ki, hücumun iştirakçı olan 3 nəfər barəsində bu gün məhkəmənin çıxardığı həbs qətimkan qərarı onu bir o qədər də qane etmir:

"Mənə hücum edən 3 şəxs qurbanlıq quzulardı. Onların aqibəti mənə maraqlı deyil. Mənim əsas tələbim və marağımda olan hücumun təşkilatçısı olan Ramal Aslanovun həbs edilməsidir. O qanun qarşısında cavab verməlidir. Ona havadarlıq edənləri də tanıyıram, gec-tez hamıya hər şey məlum olacaq. Ramalın əvvəldən mənimlə ədavəti olub. Ötən il Afinada yarışda olanda mənə hücum etmişdi. O zaman əlim cibimdə olanda anidən hücum edib mənə xəsarət yetirmişdi".

Fuad Zeynalov həmçinin sonuncu hadisənin detallarını da açıqlayıb: "Yaşadığım binanın qarşısında mənə hücum etdilər. Onlar 3 maşınla gəlmişdilər. Hadisənin bütün detalları kameralara düşüb. Ramal həmin şəxslərə təlimat verir, sonra avtomobilinə oturur. Ümid edirəm ki, Ramal Aslanov bu hərəkətinə görə qanun qarşısında cavab verəcək". 

Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.

Belə ki, bir qrup idmançıə DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edərək onu döyüblər. 

Hadisə ilə bağlı idmançılar - Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov həbs ediliblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11736

Oxşar yazılar

"Toplum TV" işi üzrə onlara ittiham elan edildi

"Toplum TV" işi üzrə onlara ittiham elan edildi

2 iyun 2025 , 13:52
Əlil qadını öldürən taksi sürücüsü   saxlanıldı -YENİLƏNİB

Əlil qadını öldürən taksi sürücüsü saxlanıldı -YENİLƏNİB

2 iyun 2025 , 12:47
Xaçmazda AĞIR QƏZA:  yaralılar var

Xaçmazda AĞIR QƏZA: yaralılar var

2 iyun 2025 , 12:09
Sabunçuda həyətdə meyit tapıldı

Sabunçuda həyətdə meyit tapıldı

2 iyun 2025 , 11:38
Bakıda həbsxananın damı çökdü, məhkum öldü  -YENİLƏNİB

Bakıda həbsxananın damı çökdü, məhkum öldü -YENİLƏNİB

2 iyun 2025 , 11:27
Bakıda evdə meyit tapıldı

Bakıda evdə meyit tapıldı

2 iyun 2025 , 10:42
Qubada BƏDBƏXT HADİSƏ:  1 nəfər kanalda batdı

Qubada BƏDBƏXT HADİSƏ: 1 nəfər kanalda batdı

2 iyun 2025 , 10:35
Azərbaycanda FACİƏ:  16 yaşlı oğlan kanalda boğulub öldü

Azərbaycanda FACİƏ: 16 yaşlı oğlan kanalda boğulub öldü

2 iyun 2025 , 10:14