Məktəblilərin  yastıq dueli   bıçaqlanma ilə nəticələndi
18 mart 2023 16:04 (UTC +04:00)

Məktəblilərin yastıq dueli bıçaqlanma ilə nəticələndi

Ufada 12 yaşlı oğlanların oyunu bıçaqlanma ilə başa çatıb: 6-cı sinif şagirdi yastıq davası zamanı dostunun sinəsinə bıçaq sancıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, zərərçəkən xəstəxanadadır, polis isə onu bıçaqlayanla məşğuldur.

Məlumata görə, üç məktəbli dərsdən sonra evdə əylənib, hansısa anda onlardan ikisi güclərini yastıq döyüşündə sınamaq qərarına gəliblər. Lakin komik dava qanlı bıçaqlanmaya çevrilib: hirslənən oğlanlardan biri bıçaq üçün mətbəxə qaçıb və onu rəqibin sinəsinə sancıb.

Yeniyetmə nə etdiyini anlayaraq təcili yardım çağırıb. Onun yaralı yoldaşı xəstəxanaya çatdırılıb, polis yeniyetmə və onun valideynləri ilə işləyir.

# 1491
avatar

Oxşar yazılar