Məktəbli qız özünə xəsarət yetiribmiş...-TƏFƏRRÜAT
26 noyabr 2023 17:51 (UTC +04:00)

Məktəbli qız özünə xəsarət yetiribmiş...-TƏFƏRRÜAT

Bakı şəhəri, Suraxanı rayonunda 89 nömrəli tam orta məktəbdə şagirdin ayaqyolunda zorakılığa məruz qalması barədə iddialara aydınlıq gətirilib.

Məktəbdən Lent.az-a verilən xəbərə görə, VII sinifdə təhsil alan məktəbli qız (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) direktor müavininə yaxınlaşaraq iki sinif yoldaşı ilə birgə 5-ci dərsdən sonra ayaqyolunda olduğunu və onlar getdikdən sonra təzyiqə məruz qaldığını iddia edib.

Məktəb rəhbərliyi dərhal məsələni araşdırmağa başlayıb: “Zərərçəkmiş məktəbli gözünün bağlı olduğunu və bunu kimlərin etdiyini görə bilmədiyini söyləyib. Məktəbli ilə birgə ayaqyolunda olan digər iki qız da dəvət olunub və onlar bu barədə heç bir məlumatlarının olmadığını söyləyiblər. Qeyd ediblər ki, zərərçəkmiş məktəbli qız "mənim işim var" deyərək onları yola salıb. Məsələni aydınlaşdırmaq üçün şagirdin valideyni məktəbə dəvət olunub. Valideyn də məsələnin araşdırılmasında iştirak edib. Evə qayıtdıqdan sonra valideyn evdən övladının gizlətdiyi kəsici alət tapdığı haqqında məlumat verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Araşdırma zamanı məlum olub ki, şagird özü-özünə xəsarət yetirib və qorxduğu üçün yalan söyləyib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6266

Oxşar yazılar

Ağstafada canavar 27 qoyunu parçaladı

Ağstafada canavar 27 qoyunu parçaladı

25 aprel 2025 , 21:53
Sabirabadda qadını maşın vurub öldürdü -  VİDEO -YENİLƏNİB

Sabirabadda qadını maşın vurub öldürdü - VİDEO-YENİLƏNİB

25 aprel 2025 , 20:49
Bakıda küçədən meyit tapıldı

Bakıda küçədən meyit tapıldı

25 aprel 2025 , 19:33
Üç Azərbaycan vətəndaşı Rusiyada tutulub  gətirildi

Üç Azərbaycan vətəndaşı Rusiyada tutulub gətirildi

25 aprel 2025 , 19:17
Oğuzda FACİƏ : 80 yaşlı qadın kanalda boğuldu

Oğuzda FACİƏ: 80 yaşlı qadın kanalda boğuldu

25 aprel 2025 , 18:45
“Oleq Bakinski” ev dustaqlığına  buraxılmadı

“Oleq Bakinski” ev dustaqlığına buraxılmadı

25 aprel 2025 , 18:17
Bir aya azadlığa çıxacaqdı, yeni hökm oxundu - SUMQAYITDA

Bir aya azadlığa çıxacaqdı, yeni hökm oxundu - SUMQAYITDA

25 aprel 2025 , 18:10
Bakı bulvarında ÖLÜM

Bakı bulvarında ÖLÜM

25 aprel 2025 , 17:38