Məktəbli  dəhşətli yuxulardan   sonra özünü öldürdü
12 dekabr 2023 14:13 (UTC +04:00)

Məktəbli dəhşətli yuxulardan sonra özünü öldürdü

16 yaşlı məktəbli dekabrın 9-na keçən gecə faciəvi şəkildə ölüb - onun meyiti Moskvanın qərbində hündürmərtəbəli binanın pəncərələrinin altında tapılıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, bu yaxınlarda onuncu sinif şagirdi dostlarına demək olar hər gün gördüyü dəhşətli yuxular barədə şikayət edib. Yeniyetmə gecənin yaxınlaşmasından qorxmağa başlayıb, lakin heç kimə intihar fikrini bildirməyib.

Dekabrın 8-i axşam o, otağına qapanıb. Yaxınları polisə izah ediblər ki, oğulları bəzən gecələr kompüter oyunları oynadığına və böyüklərdən heç nə istəmədiyinə görə həmişə qapını kilidləyib. Evdə valideynlərindən başqa, aparıcı universitetlərdən birinin tələbəsi olan 21 yaşlı bacısı da olub. Hamısı yatıb.

Saat 3.30-da polis əməkdaşları mənzilin qapısının zəngini basaraq faciə barədə məlumat veriblər. Ata oğlunun otağının qapısını sındırmalı olub. Polis intihardan əvvəl yazılmış məktub tapmayıb.

Onuncu sinif şagirdi imkanlı ailədə böyüyüb (atası hüquqşünas, anası evdar qadın, nənəsi Moskvadakı teatrların birində işləyir). Onun çox dindar adam olduğu bildirilir.  Mərhum elit kollecdə oxuyurdu və müəllimlərlə yaxşı münasibətdə olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4224
avatar

Oxşar yazılar