Novosibirskdə məktəbdə siqaret çəkən şagirdlərin zəhərlənməsi ilə nəticələnib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə tənəffüs zamanı baş verib. Şagirdlər məktəb tualetinə gedərək, orada elektron siqaret çəkmək istəyiblər. Bir neçə dəqiqədən sonra hər ikisinin vəziyyəti pisləşib və bunu görən digər məktəblilərin valideynləri həkimləri çağırıblar.
Hər iki zərərçəkən “naməlum maddə”dən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Hazırda yuxarı sinif şagirdi toksikologiya şöbəsindədir. Yaşca kiçik şagird isə reanimasiyaya aparılıb.
Araşdırma aparılır.