Rusiyanın Cənub hərbi dairəsinin komandir müavini, general-leytenant Rüstəm Muradov Bakıdan İrəvana yola düşüb.
Lent.az-ın xəbərinə görə, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Sayt yazır ki, təyyarənin göyərtəsində son qarşıdurmada ölən erməni hərbçilərinin cəsədləri var. Lakin hava gəmisində heç bir hərbi əsir yoxdur. General Muradov Azərbaycan-Ermənistan sərhədinin Rusiya sülhməramlılarının məsuliyyət zonasından kənarda olan hissəsindəki vəziyyəti nizamlamaq üçün danışıqlar aparmaq niyyətindədir.