"Toma" ləqəbli tiktoker Tamilla Mehdiyevanın da həbs müddəti uzadılıb.
Lent.az xəbər verir ki, bu barədə qərar Bakı şəhər Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.
Belə ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə tiktokerin həbs müddəti 1 ay uzadılıb.
Qeyd edək ki ötən ilin dekabrında saxlanılan "Toma" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və o Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
***
13:50
Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalovun həbs müddəti uzadılıb.
Lent.az xəbər verir ki, bu barədə qərar Bakı şəhər Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.
Belə ki, hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə tiktokerin həbs müddəti 1 ay uzadılıb.
Qeyd edək ki ötən ilin dekabrında saxlanılan "Vaqa" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və o Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.