Mebel fabriki YANDI  - YENİLƏNİB
13 noyabr 2021 19:16 (UTC +04:00)

Mebel fabriki YANDI - YENİLƏNİB

0

Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən mebel sexində baş vermiş yanğın söndürülüb.

Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

***

18:26

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən mebel fabrikində yanğın olması barədə məlumat daxil olub.

Lent.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumat qəbul edilən kimi FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın ikimərtəbəli binanın birinci mərtəbəsindədir.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1851

Oxşar yazılar