Maştağada "parnik"dən 10 minlik  OĞURLUQ
23 mart 2024 11:05 (UTC +04:00)

Maştağada "parnik"dən 10 minlik OĞURLUQ

Martın 22-də Maştağa qəsəbəsi ərazisində yerləşən istixanaların birindən 10.000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusunun oğurlanması barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Orxan Rüstəmov, əvvəllər dəfələrlə məhkum olunmuşlar Rafiq Cəfərov və Elmar Xıdırov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

# 2970
avatar

Oxşar yazılar