Naftalanda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən xəbərə görə, Naftalan şəhər Polis Şöbəsinə 42 yaşlı S. İmaninin naməlum avtomobil tərəfindən vurulması, piyadanın aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə bağlı məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri qəzanı törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Naftalan şəhər sakini, M. Hüseynov tanışına məxsus avtomobil ilə yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçdıqdan sonra avtomobili təmir edərək cinayət izlərini itirməyə çalışıb.
Faktla bağlı Naftalan ŞPŞ-də araşdırmalar davam etdirilir.