25 iyul 2021 23:35 (UTC +04:00)

Maşını sürətlə sürdüyünə görə bıçaqlandı

 

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Qaçaq Nəbi küçəsində qeydə alınıb.

1955-ci il təvəllüdlü şəhər sakini Arif Vəliyev bud nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, o, avtomobili sürətlə sürdüyü üçün tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Xəstənin yarası tikilib.
Faktla bağlı araşdırma aparılır.

# 1179
avatar

Oxşar yazılar