Biləsuvarda avtomobil aşıb.
Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, qəza hadisəsi rayonun Çaylı kəndi ərazisində baş verib.
Hərəkətdə olan minik avtomobili idarəetmənin itməsi nəticəsində aşıb. Qəza zamanı rayonun İsmətli kənd sakini, 71 yaşlı Eynulla Cəbrayılov ölüb.