Maşın su kanalına düşdü: sürücü öldü
11 avqust 2021 15:21 (UTC +04:00)

Maşın su kanalına düşdü: sürücü öldü

Sabirabadda avtomobil su kanalına düşüb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayonun Bala Həşimxanlı kəndi ərazisində "Mercedes" markalı minik avtomobili su kanalına düşüb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin səyi nəticəsində avtomobil su kanalından çıxarılıb. Avtomobilin içərisində aşkarlanan 40 yaşlı Mirzəyev Elman Nizam oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1737
avatar

Mehman Nəbiyev

Oxşar yazılar