Vasif Məhərrəmli  və Maqsud Mahmudov
26 yanvar 2022 11:55 (UTC +04:00)

Vasif Məhərrəmli və Maqsud Mahmudov

Maqsud Mahmudov əməkdar artisti də aldadıb - AÇIQLAMA

0

Ukraynada saxlanılaraq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun əməllərindən zərərçəkənlər arasında əməkdar artist Vasif Məhərrəmli də var.

Lent.az-ın məlumatına görə, M.Mahmudov əməkdar artist V. Məhərrəmliyə qarşı da dələduzluq edib.

Bununla bağlı Vasif Məhərrəmli ilə əlaqə saxladıq.

Müğənni məsələ ilə bağlı danışmaq istəmədiyini bildirdi: “Məhkəmə predmeti olduğu üçün bu barədə danışmaq istəmirəm”. 

Qeyd edək ki, Maqsud Mahmudov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 183.2.2-ci (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham olunur. İş üzrə 90 nəfər zərərçəkmiş qismində tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5059

Oxşar yazılar