Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bu barədə Lent.az-a FHN-nin mətbuat xidmətimdən məlumat verilib.
Bildirilib ki, hazırkı vaxtadək helikopterlər 60 atış, 150 ton su istifadə edib.
Yanğınsöndürmə işləri davam etdirilir.
***
10:29
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
FHN-dən Lent.az-a bildirilib ki, yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfərdən ibarət şəxsi heyəti, 40 ədəd xüsusi təyinatlı texnikası və 2 helikopteri cəlb olunub.
***
saat 10:01
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, daha geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.
Lent.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
saat 08:49
Fövqəladə haılar naziri Kəmaləddin Heydərov Lökbatanda yanğın baş verən əraziyə gəlib.
FHN-in Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə yerindədir.

https://cdn.apa.az/storage/lent.az/video-cdn/49e7dd3c4e66a245d1127a191f813134.mp4
***
08:00
Lökbatan qəsəbəsində yerləşən “Bakı Logistika”ya məxsus anbarda baş verən yanğınla mübarizə davam edir. Əraziyə cəlb olunmuş qüvvələr yanğını söndürmək üçün lazımı tədbirlər görür.
Lent.az APA-ya istinadən xəbər verir ki, əraziyə cəlb olunmuş qüvvələr yanğınla mübarizəni davam etdirir. Yanğının söndürülməsinə FHN-in helikopteri cəlb olunub.
İlkin məlumata görə hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur.
***
06:53
Lökbatan qəsəbəsində yerləşən “Bakı Logistika”ya məxsus anbarlardan birində güclü yanğın baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə çoxsaylı yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.