Lisey direktoruna qarşı 122 min manatlıq İTTİHAM
12 noyabr 2021 16:36 (UTC +04:00)

Lisey direktoruna qarşı 122 min manatlıq İTTİHAM

Tovuz Peşə Liseyinin direktoru Tanırverdi Tanırverdiyevin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, istintaqla qeyd olunan vəzifədə işləyərkən Tanırverdi Tanırverdiyevin lisey müəllimlərinin 2017-2021-ci illər ərzində faktiki olaraq tədris etmədikləri halda rəsmi sənədləri saxtalaşdırıb həmin şəxslərə əlavə dərs saatının rəsmiləşdirilməsi yolu ilə dövlət büdcəsindən ayrılmış ümumilikdə 69 min 400 manat məbləğində pul vəsaitini mənimsəmə və israf etmə yolu talamasına, vəzifə səlahiyyətlərindən sui-sitifadə etməsinə, bir nəfər şəxsi həmin liseyə işə qəbul etmək üçün 2 min 500 manat məbləğində rüşvət almasına, habelə işə laqeyd münasibəti nəticəsində Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş daxili qaydaların pozulması ilə dövlətin qanunla qorunan mənafelərinə 122 min 500 manat məbləğində zərər vurulmasına səbəb olan səhlənkarlıq hərəkətlərinə yol verməsinə əsaslı şübhələr müəyyən edilmib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Tanırverdi Tanırverdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.1 (rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib.

İstintaq zamanı dəymiş ziyanın qismən ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2635

Oxşar yazılar

Ticarət mərkəzində FACİƏ:  xadimə 3-cü mərtəbədən yıxıldı

Ticarət mərkəzində FACİƏ: xadimə 3-cü mərtəbədən yıxıldı

16 may 2025 , 10:56
Bakıda FACİƏ:  kişi 10-cu mərtəbədən yıxılıb öldü

Bakıda FACİƏ: kişi 10-cu mərtəbədən yıxılıb öldü

16 may 2025 , 10:28
Dünən bank kartlarından 10 min manatdan çox  pul oğurlanıb

Dünən bank kartlarından 10 min manatdan çox pul oğurlanıb

16 may 2025 , 09:55
Naxçıvanda dələduz "məmur"  saxlanıldı

Naxçıvanda dələduz "məmur" saxlanıldı

16 may 2025 , 09:46
İrandan Rusiyaya brokoli aparan TIR-da görün nələr çıxdı?

İrandan Rusiyaya brokoli aparan TIR-da görün nələr çıxdı?

16 may 2025 , 09:37
Tiktokda   dələduzluq edən TUTULDU

Tiktokda dələduzluq edən TUTULDU

16 may 2025 , 09:32
Bakıda maşın kişini vurub öldürdü

Bakıda maşın kişini vurub öldürdü

16 may 2025 , 09:23
Keçmiş məmur HƏBSDƏ ÖLDÜ

Keçmiş məmur HƏBSDƏ ÖLDÜ

16 may 2025 , 09:15