Lerikdə avtomobil dərəyə yuvarlanıb
Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, gecə saatlarında Lənkəran-Lerik yolunun 30 km-də, Lerik rayonunun Hamarmeşə kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Eyvaz Elşən oğlu Quliyev "VAZ-2121 Niva" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək, yol kənarındakı elektrik dirəyinə çırpılıb və təqribən 20 hündürlükdən dərəyə aşıb. Sürücü ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Xəstə süni tənəffüs aparatına qoşulub, hemostatik tədbirlər görülür və ağrıkəsicilər tətbiq olunur.
Faktla bağlı Lerik rayon polis şöbəsində araşdırma aparılır.