Lerikdə evdə qaz balonu partladı, ər-arvad yaralandı
17 dekabr 2023 21:09 (UTC +04:00)

Lerikdə evdə qaz balonu partladı, ər-arvad yaralandı

Lerikdə evdə maye qaz balonu partlayıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində rayonunun Noda kənd sakinləri, 1969-cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova ağır xəsarətlər alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, İ.Məmmədovanın vəziyyəti daha ağırdır və o dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3916

Oxşar yazılar