Lənkəranda hamam otağında huşsuz tapılan qadın ölüb.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə axşam saatlarında Lənkəran rayonunun Səpnəkəran kəndində baş verib.
Kənd sakini 41 yaşlı X. Səfərovanın hamam otağında halı pisləşib. Dərhal əraziyə təcili tibbi yardım briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hamam otağını qızdırmaq üçün kömürdən istifadə edildiyi, kömürdən ayrılan dəm qazının onun ölümünə səbəb olduğu bildirilir.