Lənkəranda çöllük ərazidə 64 yaşlı iş adamının meyiti tapılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, Lənkəran rayon sakini 64 yaşlı Ramiz Bəxtiyar oğlu Əliyevin meyiti Ürgə kəndi ərazisində qamışlıqda aşkarlanıb.
İlkin məlumata görə, iki gün bundan əvvəl R. Əliyev ov etmək məqsədi ilə həmin əraziyə gedib, geri qayıtmayıb və axtarışları aparılıb. Axtarışlar nəticəsində onun meyiti tapılıb.
Meyitə baxış zamanı onun baş nahiyəsində xəsarət olduğu müəyyən edilib. Xəsarətin ehtiyatsızlıqdan yıxılaraq alması və ya kiminsə yetirdiyi məlum deyil. Dərhal əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra R. Əliyevin ölüm səbəbi məlum olacaq.
Qeyd edək ki, 64 yaşlı Ramiz Əliyev Lənkəranda iş adamı kimi tanınır. O, restoran sahibidir.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.