Lənkəranda itkin düşən  balıqçılardan birinin meyiti tapıldı -YENİLƏNİB
02 fevral 2025 13:47 (UTC +04:00)

Lənkəranda itkin düşən balıqçılardan birinin meyiti tapıldı -YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində meyit aşkarlanıb.

Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

 

***

11:32

Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində meyit aşkarlanıb.

Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun verdiyi məlumata görə, tapılan meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan biri Nazim Abbasova aid olduğu qeyd olunur.

Məlumata görə, meyit bu gün saat 11 radələrində Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1236

Oxşar yazılar