Rusiyanın Tümen şəhərində 13 yaşlı qız evlənmək üçün qaçırılıb. Məlumata görə, onun “nişanlısı” 15 yaşlı qaraçı yeniyetmə olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Knyazhevo kəndində baş verib. Qızı məktəbin yaxınlığında zorla maşına mindirərək naməlum istiqamətə aparıblar. Xoşbəxtlikdən o, tezliklə tapılıb.
Məlumata görə, “bəyi” gətirən maşının salonunda bir qadın və onun 15 yaşlı oğlu olub. Bildirilir ki, onlar Volqoqraddan olan qaraçılardır.
Toy mərasimi də Volqoqradda planlaşdırılıb.
Qız indi Saratov vilayətindədir və tezliklə valideynlərinin yanına göndəriləcək. Onun da qaraçı kökləri olduğu da məlumdur.