Lənkəranda meşə ərazisində 22 yaşlı oğlanın asılmış vəziyyətdə meyiti tapılıb.
Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün günorta saatlarında Lənkəran rayonunun dağlıq kəndi olan Diryan meşə ərazisində həmin kənd sakini 22 yaşlı Tərlan Əfqan oğlu Kəlbiyevin meyiti asılmış vəziyyətdə aşkarlanıb.
Məlumata görə, Tərlan Kəlbiyevin külli miqdarda borcu var idi.
Fakt üzrə araşdırma aparılır.