Laçında yol qəzası olub, yaralılar helikopterlə Bakıya gətirilib -FOTO  -VİDEO
07 sentyabr 2023 16:57 (UTC +04:00)

Laçında yol qəzası olub, yaralılar helikopterlə Bakıya gətirilib -FOTO -VİDEO

0

Sentyabrın 7-də saat 08:30-da Laçın rayonu Ağanus kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, hadisə nəticəsində “Toyota” markalı avtomobildə olan “SOCAR” PETROLEUM QSC-yə məxsus podratçı şirkətin 3 nəfər əməkdaşı – Gözəlov Muxtar, İbiyev Məhəmməd və Qurbanov Anar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılara ilkin tibbi yardım göstərildikdən dərhal sonra Dövlət Sərhəd Xidmətinin tibbi helikopteri ilə həkimlərin nəzarəti altında Bakı şəhərinə təxliyəsi təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2921

Oxşar yazılar