Laçında 2 hərbçimiz minaya düşüb.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanov avqustun 20-də, Heydər Gülmalıyev isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşüblər.
Nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır.