KVN-in aktyoruna  Azərbaycandan çıxış qadağan edilir
18 oktyabr 2024 14:54 (UTC +04:00)

KVN-in aktyoruna Azərbaycandan çıxış qadağan edilir

Tanınmış aktyor və blogger Emil Musayev məhkəməyə verilib.

Lent.az-ın məlumatına görə, buna səbəb onun fərdi sahibkar fonda olan borcları ilə bağlıdır. Belə ki, sənətçi yaranmış vergi borclarını müəyyən vaxt keçməsinə baxmayaraq, ödəməyib.

Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsinə şikayət edib. Şikayətdə onun vergiləri ödəmədiyi təqdirdə ölkədən çıxışına müvəqqəti qadağa qoyulması xahiş olunub.

Müraciətə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, aktyor, ssenarist, blogger və aparıcı Musayev Emil Vurğun oğlu "Planet Parni iz Baku" KVN teatrının aktyorudur. O, “Bəxt üzüyü 2”, "Məhəllə 3",  “Qapı” və s. filmlərdə rol alıb. Sənətçi həmçinin 44 günlük Vətən müharibəsi iştirakçısıdır, Füzuli və Xocavənd rayonlarının azad olunmasına görə, medalları ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4834

Oxşar yazılar

Qubada AĞIR QƏZA : ölən və yaralananlar var

Qubada AĞIR QƏZA: ölən və yaralananlar var

22 iyun 2025 , 21:18
Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

22 iyun 2025 , 19:35
Lənkəranda yük və minik avtomobilləri toqquşdu

Lənkəranda yük və minik avtomobilləri toqquşdu

22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu

Qəza kilometrlərlə tıxaca səbəb oldu

22 iyun 2025 , 00:35